Myanmada baş verən zəlzələ qurbanlarının sayı 1002 nəfərə çatıb.
Lent.az xarici mediaya istinadla bidirir ki, həmçinin 2376 nəfər yaralanıb, çoxlu insan itkin düşüb.
Myanma rəhbəri beynəlxalq aləmi yardıma çağırıb.
***
09:05
Myanmada baş verən zəlzələ nəticəsində ölənlərin sayı 838-i keçib.
Lent.az xəbər verir ki, bu haqda BBC məlumat yayıb.
***
07:24
Myanmada baş verən zəlzələ nəticəsində ölənlərin sayı 694 nəfərə çatıb.
Lent.az xəbər verir ki, bu haqda “France-Presse” agentliyi məlumat verib.
Məlumata görə zəlzələ nəticəsində yaralananların sayı isə 1670 nəfərə çatıb.
***
18:54
Myanmada baş verən zəlzələdə ölənlərin sayı 144 nəfərə çatıb.
Lent.az xəbər verir ki, bu barədə “Kyodo” agentliyi məlumat yayıb.
Məlumata əsasən, təbii fəlakət nəticəsində 732 nəfər yaralanıb.
***
14:59
Myanmada baş verən zəlzələdə azı 25 nəfər ölüb.
Lent.az xəbər verir ki, təxminən iki yüz nəfər yaralanıb.
Qonşu Tailandda isə 3 nəfərin öldüyü bildirilir.
Qeyd edək ki, bu gün Myanmada 7,9 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanlar qonşu ölkələrdə – Çin, Tailand və Laosda da hiss olunub.
Tailandın paytaxtı Banqkokda zəlzələdən sonra fövqəladə vəziyyət rejimi tətbiq edilib. Şəhərdə tikilməkdə olan hündürmərtəbəli bina dağılıb, 40-dan çox insan dağıntılar altında qalıb.
Comments are closed, but trackbacks and pingbacks are open.