"İran misli görünməmiş bombardmana məruz qalacaq"-Tramp

ABŞ Prezidenti Donald Tramp İranın nüvə proqramı ilə bağlı razılığa gəlmədiyi təqdirdə bombalanacağı barədə xəbərdarlıq edib.

Lent.az-ın xəbərinə görə, bu barədə Donald Tramp “NBC News”-a bildirib.

Tramp İranın razılığa gəlmədiyi təqdirdə misli görünməmiş bombardmana məruz qalacağını bildirib:

“Əgər onlar (İran) razılığa gəlməsələr, bombardman olacaq və bu, onların indiyədək heç vaxt görmədikləri bombardman olacaq”, – Tramp bəyan edib.

Mənbə: Lent.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More