Martın 30-da səhər saat 9:00-da Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən məscidlərdə müqəddəs Ramazan ayının başa çatması münasibətilə bayram namazı qılınıb.
Xezerxeber.az xəbər verir ki, bayram namazı Naxçıvan şəhərinin Heydər Məscidi, Sarvanlar, Kazım Qarabəkir Paşa və Came məscidlərində qılınıb. Muxtar respublikanın yüzlərlə sakininin qatıldığı bayram namazında dualar edilib, Allahdan mərhəmət, əmin-amanlıq və ruzi bərəkət dilənilib.
Qeyd edək ki, bu il Azərbaycanda Ramazan ayı martın 1-də başlayıb. Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, martın 30-31-i Azərbaycanda Ramazan bayramı qeyd edilir.
Comments are closed, but trackbacks and pingbacks are open.