Türkiyənin vitse-prezidenti: Azərbaycanla bütün sahələrdə əməkdaşlığımızı davam etdirməkdən məmnunuq

Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Baş nazir Əli Əsədova məktub ünvanlayıb.

Nazirlər Kabinetindən APA-ya verilən xəbərə görə, məktubda qarşılıqlı yüksək səviyyəli intensiv səfərlər və təmasların ölkələrimiz arasında müstəsna qardaşlıq əlaqələri və gündən-günə inkişaf edən əməkdaşlığın ruhunu əks etdirdiyi vurğulanıb.

Qeyd edilib ki, Prezident İlham Əliyevin bir müddət əvvəl Türkiyəyə səfəri və səfər zamanı açılışı olan İğdır-Naxçıvan Qaz Kəməri bunun ən bariz nümunələrindən birini təşkil edir: “Can Azərbaycanla bütün sahələrdə əməkdaşlığımızı və həmrəyliyimizi həm ikitərəfli əsasda, həm də çoxtərəfli platformalarda və regional mexanizmlərdə nümunəvi səviyyədə davam etdirməkdən məmnunuq. Münasibətlərimizi strateji tərəfdaşlıqdan müttəfiqlik səviyyəsinə çıxaran Şuşa Bəyannaməsi bizim “Bir millət, iki dövlət” prinsipi ilə inkişaf etdirdiyimiz qardaşlığımızın yeni nişanəsinə çevrilib. Şuşa Bəyannaməsi ilə yüksək səviyyəyə çatdırdığımız sarsılmaz dostluq və qardaşlıq tellərindən aldığımız güc-qüvvə ilə işğaldan azad edilmiş ərazilərin yenidən qurulması və dirçəldilməsi işinə hər cür dəstəyi verməyə hazır olduğumuzu bir daha qeyd etmək istəyirəm”.

Cevdet Yılmaz Əli Əsədovu Ramazan bayramı münasibətilə də təbrik edib.

Mənbə: Apa.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More