EBRD-nin Azərbaycana ümumi investisiyaları artıb

Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) bu ilin fevralın 28-ə Azərbaycandakı aktiv portfelinin həcmi əvvəlki ayla (yanvar ayı) müqayisədə 0,37% və ya 4 mln. avro artaraq 1 mlrd. 86 mln. avroya çatıb. İcra edilən aktiv layihələrin sayı isə 33 təşkil edib.

Bu barədə “APA-Economics”ə EBRD-dən bildirilib.

Qeyd olunub ki, portfelin 92%-ni (994 mln. avro) dayanıqlı infrastruktura yatırımlar, 5%-ni (52 mln. avro) sənaye, ticarət və aqrobiznes investisiyaları, 4%-ni (40 mln. avro) isə maliyyə institutlarına yatırımlar təşkil edir. Fevralda bankın ölkədəki əməliyyat aktivlərinin həcmi isə əvvəlki aya nisbətən 1% artaraq 757 mln. avro təşkil edib.

Beləliklə, EBRD bu günədək Azərbaycana 196 layihə çərçivəsində 4,064 mlrd. avro həcmində investisiya yatırıb və sözügedən həcmndən 3,339 mlrd. avro borc götürənlər tərəfindən artıq mənimsənilib. Ümumi investisiyalarda özəl sektorun payı 36%-ə təşkil edib.

Mənbə

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More