"Fənərbaxça" – "Qalatasaray" matçının baş hakimi bəlli olub 13:36 31 mart 2025

Futbol üzrə Türkiyə Kubokunun 1/4 finalında baş tutacaq “Fənərbaxça” – “Qalatasaray” matçının baş hakimi bəlli olub.

Apasport.az xəbər verir ki, bu barədə TFF məlumat yayıb.

Görüşə yerli hakim təyinat alıb. Matçın start fitini Cihan Aydın səsləndirəcək.

Qeyd edək ki, matç aprelin 2-si saat 21:45-də “Ülkər stadionu”nda baş tutacaq.

Mənbə: Apa.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More