Gəncədə 76 yaşlı kişini avtomobil vuraraq öldürüb

Gəncədə piyadanın ölümü ilə nəticələn ağır yol qəzası baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Nizami Gəncəvi prospektində qeydə alınıb.

Hərəkətdə olan “Mercedes” markalı minik maşını yolu qarşı tərəfə keçmək istəyən 1949-cu il təvəllüdlü Y.İsayevi vurub.

Piyada xəstəxanaya aparılıb, lakin onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: Apa.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More