Şəkidə avtomobil piyadanı vuraraq öldürüb

Şəkidə avtomobil piyadanı vuraraq öldürüb.

APA-nın yerli bürosu xəbər verir ki, hadisə Şəki-Qax avtomobil yolunun Şəki rayonunun İnçə kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, bu gün gecə 01:00 radələrində İsmayıl Piriyev idarə etdiyi “Opel” markalı avtomobillə yolu keçən piyada, 1956-cı il təvəllüdlü Cəmaləddin Abdullayevi vurub.

Nəticədə C.Abdullayev aldığı xəsarətlərdən hadisə yerində ölüb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.

Mənbə: Apa.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More