Şəmkirdə ildırım vurduğu deyilən kişinin ürəktutması nəticəsində öldüyü məlum olub.
Şəmkir rayon Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından APA-nın yerli bürosuna verilən məlumata görə, cəsəddə hansısa iz aşkarlanmayıb.
Qeyd olunub ki, 1969-cu il təvəllüdlü Faiq Bağırovun ölüm səbəbi ürəktutması olub.
Bu faktı mərhumun qardaşı İsfəndiyar Bağırov da təsdiqləyib.
***
18:06
Şəmkirdə 57 yaşlı kişini ildırım vuraraq öldürüb.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Bayramlı kəndi ərazisində qeydə alınıb.
Belə ki 1969-cu il təvəllüdlü Faiq Bağırovu çöl sahədə heyvan otararkən ildırım vurub. O hadisə yerinə ölüb.
Faktla bağlı araşdırma aparılır.
Comments are closed, but trackbacks and pingbacks are open.