Xaçmaz rayonunun 4 kəndində yanğın başlayıb.
APA-nın Şimal bürosu xəbər verir ki, rayonun Xaspoladoba, Qalağan, Canaxır kəndlərində və İstisu qəsəbəsində kol-kos, qamışlıq ərazilərdə yanğın baş verib.
Qeyd edilən ərazilərə FHN-nin Xaçmaz, Quba və Şabran DYMH-lərinin briqadaları cəlb edilib. Yanğının söndürülməsi istiqamətində tədbirlər görülür.
Qeyd edək ki, hazırda Xaçmaz rayonunda güclü külək müşahidə olunur.
Comments are closed, but trackbacks and pingbacks are open.