ABŞ administrasiyası xarici vətəndaşların, o cümlədən diplomatların və jurnalistlərin Tibet Muxtar Bölgəsinin ərazisinə girişinə qoyulan məhdudiyyətlər səbəbilə Çin rəsmilərinə viza məhdudiyyətləri tətbiq edəcək.
Lent.az xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubionun bəyanatında deyilir.
“Bu gün mən Tibet ərazilərinə xaricilərin girişi illə bağlı siyasətin işlənib hazırlanması və ya həyata keçirilməsində mühüm rol oynadığı aşkar edilən Çin rəsmilərinə əlavə viza məhdudiyyətləri tətbiq etmək üçün tədbirlər görürəm”, – bəyanatda deyilir.
Comments are closed, but trackbacks and pingbacks are open.