2025-ci ilin yanvar-fevral aylarında gömrük xətti ilə büdcə daxilolmaları ötən ilin müvafiq dövrü ilə müqayisədə 6.1% artaraq 1 milyard 17 milyon 766.5 min manata çatıb.
“APA-Economics” bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, gömrük rüsumları üzrə daxilolmalar 289,709 milyon manat (ötən ilin eyni dövrünə nisbətən 7.4% çox), əlavə dəyər vergisi (ƏDV) üzrə daxilolmalar 682,186 milyon manat (5.1% çox), aksizlər üzrə daxilolmalar 38,792 milyon manat (14.8% çox), yol vergisi üzrə daxilolmalar isə 7,078 milyon manat (5.5% çox) təşkil edib.
Comments are closed.