İsmayıllıda yol qəzası olub, ölən və xəsarət alanlar var – FOTO

İsmayıllıda avtomobil qəzası baş verib.

APA-nin Şirvan bürosu xəbər verir ki, gecə İsmayıllı rayonunda “VAZ-2107” markalı avtomobil idarəetmənin itməsi nəticəsində yolun kənarındakı obyektə çırpılıb.

Nəticədə sürücü 1983-cü il təvəllüdlü Yasin Rəhimov, onun iki sərnişini – 32 yaşlı Mehman Babayev və 33 yaşlı Bəhruz Əlizadə xəsarət alıb.

Sürücü xəstəxanaya aparılarkən yolda ölüb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, faktla bağlı rayon Polis Şöbəsində cinayət işi başlanılıb, istintaq aparılır.

Mənbə: Apa.Az

Comments are closed.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More