Ucarda minik avtomobilinin aşması nəticəsində 4 nəfər xəsarət alıb.
APA -nın yerli bürosunun xəbərinə görə, hadisə Bakı- Qazax əsas magistral yolunun rayonun Qarabörk kəndindən keçən hissəsində baş verib.
Minik avtomobili idarəetmədən çıxaraq aşıb. Nəticədə 4 nəfər – Zaqatala rayon sakinləri 2017-ci il təvəllüdlü Sofiya İlqar qızı Şirinova, 1980-ci il təvəllüdlü Mahirə Həsənbəy qızı Şirinova, 1980-cı il təvəllüdlü İlqar Məhəmməd oğlu Şirinov və 2000-ci il təvəllüdlü Nəzər İlqar oğlu Şirinov müxtəlif dərəcəli xəsarətlər alıblar.
Zərərçəkənlər Ucar Rayon Mərkəzi Xəstəxanasına, oradan isə Göyçay xəstəxanasına göndəriliblər.
Faktla bağlı araşdırma aparılır.
Comments are closed, but trackbacks and pingbacks are open.