ABŞ tarixində ilk dəfə belə addım atıldı

ABŞ tarixində ilk dəfə bir ölkənin vətəndaşlarına verilən bütün vizalar ləğv olunub.

Lent.az-ın xəbərinə görə, bu barədə ABŞ dövlət katibi Marko Rubio məlumat verib.

Marko Rubio Cənubi Sudan vətəndaşlarına verilən vizaların ləğvi və viza verilməsi prosedurunun da dayandırılması barədə qərar verildiyini bildirib. Buna səbəb Cənubi Sudanın keçid hökumətinin ABŞ-dan repatriasiya edilən vətəndaşlarını qəbul etməməsi olub. Dövlət katibi Cənubi Sudan hökumətinin tam əməkdaşlığa razılıq verəcəyi təqdirdə viza qərarına yenidən baxa biləcəklərini də söyləyib.

Mənbə: Lent.Az

Comments are closed.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More