İspaniya La Liqasında XXX turun görüşləri davam edir.
Apasport.az xəbər verir ki, günün ilk matçında “Las Palmas” öz meydanında “Real Sosyedad”la qarşılaşıb.
Görüş qonaqların 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Turun digər matçında “Atletiko Madrid” səfərdə bu mövsüm istənilən nəticələri əldə edə bilməyən “Sevilya” ilə üz-üzə gəlib. Qonaqlar rəqibini son dəqiqələrdə vurduğu qolla məğlub etməyi bacarıb. Görüş “Atletiko”nun 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Comments are closed, but trackbacks and pingbacks are open.