Türkiyədə iki qonşu ailə arasında mübahisə qanlı bitib.
Lent.az-ın “Hurriyet”-ə istinadən verdiyi xəbərə görə, Sakaryanın Serdivan rayonunda Özyurt və Yıldız ailələri arasında atışma nəticəsində 5 nəfər ölüb, 5 yaralı var.
Hadisə yerinə polis və təcili tibbi yardım əməkdaşları cəlb olunub.
Faktla bağlı dörd nəfər saxlanılıb. Dörd tapança maddi sübut kimi götürülüb.
Comments are closed.