Türkiyənin tanınmış aktyoru Ahmet Levendoğlu 80 yaşında vəfat edib.
Lent.az-ın xəbərinə görə, bu barədə aktyor Yıldırım Şahinler paylaşım edib.
Aktyor Atatürk Mədəniyyət Mərkəzində keçiriləcək vida mərasimindən sonra aprelin 8-də dəfn olunacaq.
Qeyd edək ki, Ahmet Levendoğlu “Min bir gecə”, “Kiçik qadınlar”, “Qara çörək” kimi teleseriallarda rol alıb.
Comments are closed.