Abşeronda bəzi ərazilərinin qaz təchizatında fasilə yaranacaq

Aprelin 8-də Abşeron rayonu, Novxanı ərazisinin qaz təchizatında fasilə yaranacaq.

Bu barədə Xezerxeber.az-a “Azəriqaz” İstehsalat Birliyinə istinadən xəbər verir.

Bildirilib ki, Mehdiabad qəsəbəsində yeni çəkilmiş qaz xəttinin ümumi kollektora qoşulması ilə əlaqədar sabah saat 10:00-dan etibarən işlər yekunlaşanadək qaz təchizatı “Abşeron” ölçü qovşağından dayandırılacaq.

“Qaz təchizatı dayandırılan müddətdə Novxanı ərazisinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq”, – məlumatda deyilir.

Mənbə: Xəzər Xəbər.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More