Bakı metrosu Avropadan vaqonlar alır

2030-cu ilə qədər Bakı metrosuna 300 yeni vaqon alınması planlaşdırılır.

Xezerxeber.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında “Bakı Metropoliteni” QSC sədrinin müşaviri Emil Əhmədov deyib.

O qeyd edib ki, vaqonların hələlik hansı ölkədən alınacağı məlum deyil:

“Hazırda danışıqlar gedir. Avropa ölkələrindən biri ilə razılıq əldə edildikdən sonra vaqonlar alınacaq”.

O bildirib ki, bu ildən etibarən Bakı metrosunda Qırmızı və Yaşıl xətlərin ayrılması nəzərdə tutulur:

“Bu, hər xəttin müstəqil işləməsinə, idarəetmənin səmərəliyinin və sərnişindaşıma keyfiyyətinin artırılmasına imkan yaradacaq. Bu məqsədlə “Cəfər Cabbarlı” ilə “Nizami” stansiyaları arasında, təxminən, 200 metrlik tunel tikiləcək və bununla da xətlər bir-birindən ayrılaraq müstəqil fəaliyyət göstərəcək. Sərnişin axınının daha səmərəli tənzimlənməsi üçün “28 May” və “Cəfər Cabbarlı” stansiyaları arasında əlavə keçid də tikiləcək”.

Mənbə: Xəzər Xəbər.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More