"Neftçi" "Şamaxı"nı səfərdə məğlub edib 17:26 7 aprel 2025

Bu gün Misli Premyer Liqasının XXIX turuna yekun vurulur.

Apasport.az xəbər verir ki, günün ilk matçında “Neftçi” səfərdə “Şamaxı” ilə qarşılaşıb.

Qarşılaşma saat 15:30-da Şamaxı şəhər stadionunda start götürüb.

Samir Abasovun yetirmələri səfərdən 3 xalla qayıtmağı bacarıblar. Görüş “Neftçi”nin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, günün ikinci matçında “Araz-Naxçıvan” “Sumqayıt”ı qəbul edəcək.

Misli Premyer Liqası

XXIX tur

15:30. “Şamaxı” – “Neftçi” 0:2

Qol: Ramil Şeydayev 42 (pen.), F. Ozobiç, 89

Baş hakim: Fərid Hacıyev

Şamaxı şəhər stadionu

Mənbə: Apa.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More