Bakıda ortaaylıq əməkhaqqı artıb

Bu ilin yanvar ayında Bakıda muzdla işləyənlərin ortaaylıq nominal əməkhaqqı 1 332,6 manat təşkil edib.

Xezerxeber.az bildirir ki, bu barədə Bakı şəhər Statistika İdarəsindən məlumat verilib.

Bildirilib ki, paytaxtda ortaaylıq əməkhaqqı 2024-cü ilin yanvar ayı ilinə nisbətən 9,2 % artıb.

Qeyd edək ki, bu ilin yanvar ayında Azərbaycanda muzdlu işçilərin orta aylıq nominal əməkhaqqı 2024-cü ilin yanvar ayına nisbətən 12,8 % artaraq 1 062,9 manat təşkil edib.

Mənbə: Xəzər Xəbər.Az

Comments are closed.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More