Dünyada geosiyasi vəziyyətin gərginləşməsi ilə əlaqədar dövlətlər silahlanmaya daha çox vəsait ayırması nəhəng silah şirkətlərinin gəlirlərinin artmasına təsir edir.
Xezerxeber.az-ın məlumatına görə, AZƏRTAC “Handelsblatt” qəzetinə istinadla xəbər verir ki, Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIRPI) hesabatına əsasən, 2023-cü ildə dünyanın 100 ən böyük hərbi sənaye şirkətinin gəlirləri ümumilikdə 632 milyard dollar təşkil edib. Bu rəqəm 2022-ci illə müqayisədə 6,7 faiz çoxdur. Bu siyahıda ABŞ-ın 41, Çinin 9, Böyük Britaniyanın 7, Fransanın 5, Rusiya və Almaniyanın 4, eləcə də Türkiyənin 3 şirkəti yer alır.
Avropa İttifaqından siyahıda ən yüksək yerlər “Airbus” və “Leonardo” (İtaliya) şirkətlərinə aiddir. Həmin şirkətlər müvafiq olaraq 12-ci və 13-cü yerlərdə qərarlaşıb. Almaniyanın ən böyük silah istehsalçısı “Rheinmetall” 2023-cü ildə 5,5 milyard dollarlıq gəlirlə 26-cı yeri tutub. Şirkət illik gəlirini ötən illə müqayisədə 20 faiz artırıb.
Ən böyük 10 silah istehsalçısının əksəriyyəti yenə də ABŞ və Çinə məxsusdur. 2023-cü ildə ən çox gəlir əldə edən 10 silah istehsalçısı aşağıdakılardır:
1. “Lockheed Martin” (ABŞ) – 60,8 milyard dollar (gəlirin 90 faizi hərbi sifarişlər)
2. “RTX” (ABŞ) – 40,66 milyard dollar (gəlirin 59 faizi hərbi sahədən)
3. “Northrop Grumman” (ABŞ) – 35,57 milyard dollar (91 faiz)
4. “Boeing” (ABŞ) – 31,1 milyard dollar (40 faiz)
5. “General Dynamics” (ABŞ) – 30,2 milyard dollar (71 faiz)
6. “BAE Systems” (Britaniya) – 29,8 milyard dollar (98 faiz)
7. “Rostec” (Rusiya) – 21,73 milyard dollar (29 faiz)
8. “AVIC” (Çin) – 20,85 milyard dollar (25 faiz)
9. “NORINCO” (Çin) – 20,56 milyard dollar (27 faiz)
10. “CETC” (Çin) – 16,05 milyard dollar (29 faiz).
SIRPI 2024-cü ilə aid məlumatlarını bu ilin dekabrında dərc edəcək.
Comments are closed.