Tramp: Ərdoğan çox güclü və ağıllı adamdır

“Türkiyə Suriyada heç kimin edə bilmədiyi şeyi etdi. Ərdoğan çox güclü və ağıllı bir adamdır.”

APA xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp Ağ Evdə İsrailin baş naziri Benyamin Netanyahu ilə görüşündən sonra deyib.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla əlaqələrinin çox yaxşı olduğunu vurğulayan Tramp Türkiyənin Suriyadakı rolunun çox mühüm olduğunu vurğulayıb.

“Mənim Ərdoğanla çox yaxşı münasibətlərim var. Bilirəm ki, mətbuat mənim Ərdoğanı bəyəndiyimə görə mənə qəzəblidir. Amma mən onu bəyənirəm, o da məni bəyənir və bizim heç vaxt problemimiz olmayıb”, – Tramp deyib.

Mənbə: Lent.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More