ABŞ-da ATIŞMA: 3 nəfər öldü, yaralılar var

ABŞ-ın Virciniya ştatının Frederikberq şəhəri yaxınlığında baş vermiş atışma nəticəsində 3 nəfər ölüb, daha 3 nəfər isə yaralanıb.

Lent.az xəbər verir ki, bu barədə “The Washington Post” qəzeti Spotsilvaniya dairəsinin şerif idarəsinə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, hadisənin səbəbləri və şübhəlilərin kimliyi hələ müəyyən olunmayıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Hadisə ilə bağlı araşdırma aparılır.

Mənbə: Lent.Az

Comments are closed.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More