Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilib. 

Bu gün Prezident yanında Əfv Məsələləri Komissiyasının 2025-ci il üçün beşinci iclası keçirilib.

Xezerxeber.az bildirir ki, bu barədə Komissiyanın üzvü Rəşad Məcid məlumat verib.

O bildirib ki, iclası komissiyanın sədri Samir Nuriyev açıb:

“Daha sonra komissiyanın katibi Kəmalə İsmayılova daxil olan müraciətlər barədə məlumat verdi.  Keçirilən iclasda təxminən 100-ə yaxın müraciətə baxılıb. Müraciətlər əsasən yol-nəqliyyat hadisələrində məhkum olunmuşların, əcnəbi məhkumların və qadınların olub. Onların müraciətləri müzakirə edilərək qərar çıxarılıb. Əfv Komissiyası iclaslarını davam etdirəcək. Daha sonra komissiya sənədləri ölkə başçısına təqdim edəcək. Əfv məsələləri cənab prezidentin mütəsna səlahiyyətidir. Humanizm və mərhəmət aktıdır. Çox güman ki, may ayından Azərbaycan Prezidentinin növbəti əfv sərəncamını imzalamasının şahidi olacağıq”.

Qeyd edək ki, bununla da baxılan müraciətlərin sayı 600-ü keçib.

Mənbə: Xəzər Xəbər.Az

Comments are closed.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More