Trampdan Çinə zərbə – Rüsumlar 125 faiz oldu

ABŞ-ın Çinə tətbiq etdiyi rüsumlar 125%-ə çatdırılıb.

APA xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp öz “Truth” hesabında yazıb.

“Çinin qlobal bazarlara hörmət etmədiyini nəzərə alaraq, mən ABŞ-ın Çinə tətbiq etdiyi rüsumları 125%-ə qaldırıram və bu qərar dərhal qüvvəyə minir”, – bildirib.

Qeyd edək ki, Trampın bu qərarı Çinin ABŞ mallarına qarşı 84% rüsum tətbiq etməsindən sonra olub.

Mənbə: Lent.Az

Comments are closed.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More