Dominikanda gecə klubu uçdu: 113 nəfər öldü – YENİLƏNİB

Dominikan Respublikasının paytaxtında “Jet Set” gecə klubunun damının uçması nəticəsində ölənlərin sayı 113-ə çatıb.

Lent.az xəbər verir ki, bununla bağlı ölkənin Fövqəladə Əməliyyatlar Mərkəzinin (COE) direktoru məlumat yayıb.

Məlumata görə dağıntılar altından çıxarılaraq xəstəxanaya yerləşdirilənlərin sayı isə 255 nəfəri ötüb

***

05:50

Dominikan Respublikasının paytaxtında Jet Set gecə klubunun damının uçması nəticəsində ölənlərin sayı 79-a çatıb.

Lent.az xəbər verir ki, bu barədə yerli “Diario libre” qəzeti Santo-Dominqo Fövqəladə Hallar Xidmətinin direktoru Xuan Manuel Mendesin sözlərinə istinadən məlumat yayıb.

***
05:14

Dominikan Respublikasında gecə klubunun tavanının çökməsi nəticəsində ölənlərin sayı 58-ə çatıb.

Lent.az APA -ya istinadən xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar üzrə Mərkəzinin direktoru Xuan Manuel Mendes El Demócrata Multimedios nəşrinə məlumat verib.

Onun sözlərinə görə, hadisə nəticəsində 155 nəfər xəstəxanaya yerləşdirilib.

***
22:53

Dominikan Respublikasında yerləşən “Jet Set” gecə klubunun uçması nəticəsində həyatını itirənlərin sayı 44-ə yüksəlib.

Lent.az APA -ya istinadən xəbər verir ki, bu barədə “Listin Diario” nəşri məlumat yayıb.

Hadisə nəticəsində 146 nəfər xəstəxanalara yerləşdirilib.

Qeyd olunur ki, dağıntılar altında hələ də insanların qaldığı ehtimal olunur. Axtarış-xilasetmə işləri davam etdirilir.

Mənbə: Lent.Az

Comments are closed.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More