Rusiya və ABŞ diplomatları İstanbulda görüşür

Rusiya və ABŞ nümayəndə heyətləri bu gün İstanbulda iki ölkənin diplomatik nümayəndəliklərinin fəaliyyətinin normallaşdırılması üzrə məsləhətləşmələrin ikinci mərhələsini keçirəcəklər.

Lent.az xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

O bildirib ki, görüşdə iki ölkənin xarici siyasət idarələrinin nümayəndələri iştirak edəcək.

Qeyd edək ki, ilk belə görüş fevralın 27-də baş tutub və mətbuata bağlı qapılar arxasında söhbət 6 saatdan çox davam edib.

Mənbə: Lent.Az

Comments are closed.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More