2023/2024 mövsümündə olduğu kimi, 2024/2025 mövsümündə də Azərbaycanda futbolun inkişafına ayrılmış vəsait 39 milyon manat təşkil edib.
Apasport.az xəbər verir ki, bu barədə AFFA-nın hesabatında bildirilib.
Hər iki mövsümdə Premyer Liqa (10 klub) təmsilçilərinə ümumilikdə 30 milyon manat verilib. I Liqa klublarına (əvvəlki mövsümdə 15, hazırda 10 klub) toplamda 3 milyon manat, milli komandaların saxlanılması üçün 3 milyon manat ödənilib.
Region Liqası və Region Liqa oyunlarının keçirilməsi və VAR layihə xərcləri hər iki mövsümdə 1 milyon manat olub. Cari mövsümdə II Liqadakı 14 kluba ümumilikdə 700 min manat verilib. Menecer və Məşqci korpusunun təhsilinə (AFFA-nın nəzdində) görə 300 min manat xərclənib.
Comments are closed.