MİDA güzəştli mənzilləri daha çox hərbçilər, müəllimlər və polislər alıb – DEYİB

Bu günə qədər Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) “Güzəştli mənzil” sistemi vasitəsilə mənzil əldə edən vətəndaşlar arasında ən azı 3 il hərbi xidmətdə olan, ehtiyata və istefaya buraxılmış hərbi qulluqçular, ən azı 15 il dövlət ümumi təhsil müəssisəsində müəllim kimi çalışanlar, eləcə də daxili işlər orqanlarında ən azı 3 il xidmət keçmiş xüsusi rütbəli şəxslər üstünlük təşkil edir.

Bunu MİDA-nın İdarə Heyəti sədrinin müavini Elşad Məmmədov bildirib.

Onun sözlərinə görə, güzəştli mənzillərin əldə olunması yalnız “Elektron hökumət” portalı üzərindən “Güzəştli mənzil” sistemi vasitəsilə, gücləndirilmiş elektron imza ilə və real vaxt rejimində həyata keçirilir.

“Bu günə olan məlumata əsasən, sistemdə elektron kabinetə sahib olan şəxslərin sayı 39 748 nəfərdir. Mənzillərin əldə edilməsində əsas ödəniş üsulu kimi güzəştli ipoteka krediti mexanizmindən istifadə olunub”, – deyə sədr müavini qeyd edib. (report)

 

Mənbə: Xəzər Xəbər.Az

Comments are closed.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More