Xanlar Vəliyev Konstitusiya Məhkəməsinin hakimi oldu

Xanlar Vəliyev Konstitusiya Məhkəməsinin hakimi təyin olunub.

Xezerxeber.az-ın xəbərinə görə, bu barədə təqdimat Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.

Layihə səsverməyə çıxarılaraq bir oxunuşda qəbul edilib.

Qeyd edək ki, Xanlar Vəliyevin hərbi prokuror kimi səlahiyyət müddəti başa çatıb.

Konstitusiya Məhkəməsinin hakimləri Azərbaycan Respublikası Prezidentinin təqdimatı ilə Milli Məclis tərəfindən təyin olunur.

 

Mənbə: Xəzər Xəbər.Az

Comments are closed.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More