Dövlət İmtahan Mərkəzi aprelin 13-də Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin V sinfinə qəbul imtahanı keçirib.
Dövlət İmtahan Mərkəzindən Xezerxeber.az bildirilib ki, imtahanın keçirilməsi üçün 4 bina ayrılıb. İmtahanın idarə olunmasına 12 imtahan rəhbəri, 4 ümumi imtahan rəhbəri, 95 nəzarətçi, 8 buraxılış rejimi əməkdaşı cəlb edilib.
Aprelin 14-dən etibarən DİM-də imtahan protokolları və cavab kartlarının emalı aparılacaq.
İmtahanın nəticələri yaxın 2-3 gün ərzində elan olunacaq.
Comments are closed.