Rusiya Sumı şəhərinə raket zərbəsi endirdi: Ölənlərin sayı 21-ə, yaralıların sayı isə 83-ə çatıb -VİDEO -YENİLƏNİB

 

Raket hücumu nəticəsində mülki əhali hədəf alındı

Bu gün, Rusiya ordusu Ukraynanın şimal-şərqində yerləşən Sumı şəhərinin mərkəzinə iki ballistik raketlə hücum edib. Hücum nəticəsində azı 21 nəfər həyatını itirib, 83 nəfər isə yaralanıb. Yaralılar arasında 7 uşaq da var .

Lent.az-ın məlumatına görə, Ukrayna Daxili İşlər naziri İqor Klimenko bildirib ki, raketlər şəhərin mərkəzində yerləşən küçələrə, ictimai nəqliyyat vasitələrinə və binalara düşüb. Hadisə zamanı insanlar küçədə, nəqliyyat vasitələrində və binalarda olubla.

 

***

12:49

 

13 aprel 2025-ci il tarixində Rusiya ordusu Ukraynanın Sumı şəhərinə raket zərbəsi endirib. Hücum nəticəsində çoxsaylı insan həyatını itirib.

Lent.az xəbər verir ki, bu barədə Sumı şəhər şurasının katibi və şəhər başçısının səlahiyyətlərini icra edən Artyom Kobzar məlumat verib.

Hücum nəticəsində uşaq yaralanıb və binalar zədələnib

“Süspilne”nin məlumatına görə, hücum nəticəsində bir uşaq yaralanıb və bir neçə bina zədələnib. Zərbə nəticəsində şəhərin təhsil müəssisələrindən birinə ciddi ziyan dəyib.

Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının Dezinformasiyaya Qarşı Mübarizə Mərkəzinin rəhbəri Andrey Kovalenko bildirib ki, ruslar bu hücumu bilərəkdən mülki əhalini hədəf alaraq həyata keçiriblər. O, həmçinin qeyd edib ki, bu hücum ABŞ nümayəndəsi Uitkoffun Moskvaya səfərindən sonra baş verib.

Mənbə: Lent.Az

Comments are closed.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More