Ukrayna 15 milyard dollara ABŞ-dən 10 ədəd “Patriot” sistemi almağa hazırdır

Ukrayna ABŞ-dən 10 ədəd “Patriot” zenit-raket kompleksi almaq üçün 15 milyard dolları ödəməyə hazırdır, lakin Vaşinqton bu sistemləri Kiyevə satmaqdan imtina edir.

Xezerxeber.az xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski bunu “CBS News” telekanalına müsahibəsində deyib.

“Bəzi şəhərlərimizi raket və PUA hücumundan qorumaq üçün azı 10 ədəd “Patriot” sisteminə ehtiyacımız var. Biz ABŞ-dan onları almağa və bunun üçün 15 milyard dollar ödəməyə hazırıq”, – deyə dövlət başçısı bildirib.

Volodimir Zelenski daha əvvəl Ukraynanın ABŞ-dan “Patriot” sistemlərinin də yer aldığı böyük silah paketi almağa hazır olduğunu demiş, lakin vəsaitin məbləği və mənbələrini göstərməmişdi. İndi isə o, Kiyevin avropalı tərəfdaşlar hesabına Vaşinqtondan hava hücumundan müdafiə sistemləri və digər silahlar almaq niyyətində olduğunu bəyan edib.

“Bizim hava hücumundan müdafiə sistemlərimiz kifayət qədər deyil. Biz onları almaq istəyirik. Bunu avropalı tərəfdaşlarla da müzakirə etmişik. Onlar bizimlə birgə müvafiq paketləri maliyyələşdirməyə hazırdırlar”, – deyə Volodimir Zelenski əlavə edib.

Prezident, eyni zamanda, “Patriot” sistemlərinin alınması ilə bağlı ABŞ-la razılığa gəlməyin mümkün olmadığını vurğulayıb: “Bizə əlavə “Patriot” sistemləri satılmamasını başa düşə bilmirəm. ABŞ hazırda bunun üçün heç bir imkanının olmadığını deyir, lakin, eyni zamanda, onları İsrailə tədarük edir.

Qeyd edək ki, son vaxtlar hava hücumundan müdafiə sistemlərinin çatışmazlığından tez-tez şikayətlənən Volodimir Zelenski Xarici İşlər və Müdafiə nazirliklərinə zenit-raket komplekslərinin tədarükü və istehsalının lokallaşdırılması ilə bağlı Qərb ölkələri ilə əlaqələri gücləndirməyi tapşırıb.

Mənbə: Xəzər Xəbər.Az

Comments are closed.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More