ADY: Qatarların fəaliyyəti bərpa olunub

ADY ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq, hərəkətin təhlükəsizliyinin təmin edilməsi, sərnişinlərin mənzil başına təhlükəsiz çatdırılması məqsədilə gücləndirilmiş iş rejimində fəaliyyətini davam etdirir.

ADY-dən Xezerxeber.az-a verilən məlumata görə, hazırda qatarların qrafik üzrə fəaliyyəti bərpa olunub, bütün ərazilərə nəzarət edilir, hər hansı hadisə baş verdikdə operativ reaksiya verilir.

“Bir daha hərəkət iştirakçılarına bu cür hava şəraitində dəmiryol keçidlərindən istifadə zamanı yüksək sayıqlıq göstərməyi və ehtiyatlı olmağı tövsiyə edir, sərnişinlərdən stansiya və platformalarda qatarları gözləyərkən diqqətli olmağı xahiş edirik”-məlumatda qeyd edilir.

Mənbə: Xəzər Xəbər.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More