Bu gün Yer kürəsində G1–G2 səviyyəsində maqnit qasırğalarının baş verməsi gözlənilir.
Lent.az xəbər verir ki, bu barədə məlumat Rusiya Elmlər Akademiyasının Sibir şöbəsinin Kosmik Tədqiqatlar İnstitutu və Günəş-Yer Fizikası İnstitutunun nəzdindəki Günəş Astronomiyası Laboratoriyasının saytında dərc olunub.
“Baş vermiş günəş fəallığı nəticəsində ən nəzərəçarpan təsirlərdən biri G1–G2 səviyyəsində maqnit qasırğaları olacaq. Onların çərşənbə günü, yəni 16 aprel tarixində baş verəcəyi proqnozlaşdırılır”, – deyə açıqlamada bildirilir.
Comments are closed, but trackbacks and pingbacks are open.