Rusiya prezidenti Vladimir Putin Ukrayna ilə “Pasxa atəşkəsi” elan edib.
Lent.az yerli mediaya istinadla bildirir ki, Putin Kremldə Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovun döyüş təmas xəttindəki vəziyyətlə bağlı məruzəsini dinləyib.
O, Rusiya tərəfinin aprelin 19-u saat 18:00-dan aprelin 21-i saat 00:00-dək bütün hərbi əməliyyatları dayandıracağını açıqlayıb.
Comments are closed, but trackbacks and pingbacks are open.