“Bavariya” rəqibini darmadağın edib

“Bavariya” Bundesliqanın 30-cu turunda səfərdə “Haydenhaym” ilə qarşılaşıb.

APA xəbər verir ki, münxenlilər görüşdə ev sahiblərinin qapısından dörd cavabsız top keçiriblər.

“Bavariya” fasiləyə qədər üç dəfə fərqlənib. Komandanın heyətində Harri Keyn (12), Konrad Laymer (19) və Kinqsli Koman (36) adlarını tabloya yazdırıblar. Görüşün ikinci hissəsində isə Coşua Kimmix (56) oyunda son nöqtəni qoyub – 4:0.

Mənbə: Apa.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More