ABŞ-da bir adam bank kartını itirdikdən sonra təxminən yarım milyon dollar zənginləşib.
Lent.az xarici mediaya istinadla bildirir ki, Vaşinqton ştatının Merisvill şəhərində yaşayan bir şəxs mağazadan ərzaq alıb evə qayıtdıqdan sonra, az əvvəl alış-veriş zamanı istifadə etdiyi debet kartını itirdiyini görüb. O, dərhal mağazaya qayıdıb və əməkdaşların onun kartını tapdığını görərək, sevinib.
Kişi özünü şanslı hesab edərək dərhal bir neçə lotereya bileti almağa qərar verib. Bu biletlərdən biri qalib gəlib və ona 480 min dollar pul qazandırıb.
Şanslı adam bildirib ki, uduş pulu ilə uzun müddətdir arzuladığı Yaponiyaya gedəcək və ABŞ-ın şərq sahilləri boyunca tura çıxacaq.
Comments are closed, but trackbacks and pingbacks are open.