Bölgələrdə tibb sahəsi üzrə yeni kolleclər açıla bilər

Yaxın vaxtlarda bölgələrdə tibb sahəsi üzrə əlavə kolleclərin açılması üçün təhlillər aparılacaq.

Xezerxeber.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin İnsan resursları, elm və təhsil şöbəsi müdirinin müavini Təranə Əhmədova parlamentin Səhiyyə komitəsinin bugünkü iclasında çıxışı zamanı deyib.

Nazirlik rəsmisi bildirib ki, bununla bağlı səhiyyə naziri Teymur Musayev tapşırıq verib.

T.Əhmədova qeyd edib ki, nazirin tapşırığı ilə bu yaxınlarda tibbi kolleclərin digər bölgələrdə açılması üçün təhlil və monitorinqlər aparılacaq, bundan sonra harada ehtiyac varsa və mümkün olsa, kolleclər açıla bilər.

O əlavə edib ki, hazırda Səhiyyə Nazirliyinin tabeliyində 10 tibb kolleci var. Onlardan ikisi Bakıdadır.

Mənbə: Xəzər Xəbər.Az

Comments are closed.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More