Türkiyə kuboku: “Qalatasaray”ın finalda rəqibi “Trabzonspor” olub

Futbol üzrə Türkiyə kubokunda növbəti finalçı müəyyənləşib.

Apasport.az xəbər verir ki, “Trabzonspor” həlledici matçda “Qalatasaray”ın rəqibi olub.

Qara dəniz təmsilçisi yarımfinalda “Göztepe” ilə qarşılaşıb.

Matçın ilk yarısı qolsuz bərabərliklə nəticələnib. İkinci hissədə Ozan Tufan “bordo-mavilər”i hesabda önə çıxarıb. Görüşün sonlarında Aleksandr Zubkov komandasının qələbəsini rəsmiləşdirib – 2:0.

Türkiyə kubokunun final matçı mayın 14-də keçiriləcək.

Mənbə: Apa.Az

Comments are closed.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More