"Yahoo" şirkəti "Google Chrome"u ala bilər

Amerika məhkəməsi antiinhisar işi çərçivəsində “Google” şirkətini “Chrome” brauzerindən imtina etməyə məcbur edərsə, ABŞ-ın “Yahoo” şirkəti bu məhsulu almağa hazırdır.

Lent.az xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.

“Chrome” bəlkə də internetdə ən mühüm strateji oyunçudur,” – deyə “Yahoo Search” axtarış sisteminin baş meneceri Brayan Provost bildirib.

Onun sözlərinə görə, “Chrome” brauzerinin dəyəri on milyardlarla dollarla ölçülür.

Provost əlavə edib ki, “Yahoo” hazırda öz brauzerini hazırlayır, lakin hazır bir məhsulu satın alma imkanını da nəzərdən keçirir.

Mənbə: Lent.Az

Comments are closed.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More