Britaniya şahzadəsini təcavüzdə ittiham edən qadın intihar etdi

Britaniya şahzadəsi Endryunu cinsi təcavüzdə ittiham edən amerikalı Virciniya Cuffre intihar edib.

Lent.az xəbər verir ki, bu barədə “NBC” telekanalı məlumat yayıb.

“Ömrü boyu cinsi istismar və insan alverinin qurbanı olmuş Virciniya Cuffre intihar edib”, – deyə məlumatda qeyd olunur.

2021-ci ildə Cuffre Britaniya kralı III Çarlzın kiçik qardaşı, York hersoqu şahzadə Endryu barəsində məhkəməyə müraciət etmişdi. O, 17 yaşında olarkən amerikalı maliyyəçi Ceffri Epşteyn tərəfindən müxtəlif kişilərlə, o cümlədən şahzadə Endryu ilə cinsi əlaqəyə girməyə məcbur edildiyini bildirmişdi.

Mənbə: Lent.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More