Napoleonun şəxsi qılıncı hərraca çıxarıldı

18-i əsrin sonu 19-cu əsrin əvvəllərində Fransanın imperatoru olmuş Napoleon Bonapartın şəxsi qılıncı hərraca çıxarıb.

Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, Napoleon onu Fransa Respublikasının Birinci Konsulu olarkən Versal manufakturasının rəhbəri Nikolas-Noel Boutetdən sifariş edib. Qılınc hakimiyyətinin sonuna qədər Napoleonda qalıb və Elba adasına sürgün edilməzdən əvvəl taxtdan imtina edən imperator onu marşal Emmanuel de Qruçiyə təhvil verib.

“1815-ci ildən bəri silahlar marşalın nəsilləri tərəfindən saxlanılır və ilk dəfə olaraq açıq hərraca çıxarılacaq”, – “Drouot” hərrac evi bildirib.

Hərrac evi bildirib ki, bu, Napoleonun Versal manufakturasından sifariş etdiyi iki eyni qılıncdan biridir. İkincisi, rus generalı qraf Pavel Şuvalova hədiyyə edilib və Sankt-Peterburqdakı Ermitajda saxlanılır.

Mənbə: Lent.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More