Rusiya Kursk vilayətini tamamilə azad etdi

Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov bildirib ki, rus qoşunları Kursk vilayətinin Qornal qəsəbəsini Ukrayna Silahlı Qüvvələrindən (AFU) azad edib.

Lent.az yerli mediaya istinadla bildirir ki, Gerasimov Rusiya prezidenti Vladimir Putinə məruzəsində deyib:

“Bu gün Kursk vilayətində sonuncu yaşayış məntəqəsi olan Qornal Ukrayna Silahlı Qüvvələrindən azad edilib”.

Gerasimov dövlət başçısına Kursk vilayətinin Ukrayna Silahlı Qüvvələrindən azad edilməsi əməliyyatının başa çatdığı barədə də məlumat verib.

Mənbə: Lent.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More