İranın Bəndər Abbas şəhərində yerləşən Şəhid Rəcai limanında baş verən partlayışa səbəb Çindən göndərilən ammonium perklorat (NH4ClO4) kimyəvi maddəsi olub.
Lent.az xəbər verir ki, bu barədə “Associated Press” özəl təhlükəsizlik firması “Ambrey”ə istinadən məlumat yayıb.
Ammonium perklorat raket yanacağında istifadə olunur
Məlumata görə, ammonium perklorat bərk raket yanacağının istehsalında istifadə edilir və İsrailin oktyabr ayında İrana qarşı həyata keçirdiyi hücumların ardından İranın raket ehtiyatlarını artırmaq məqsədilə ölkəyə gətirilib.
“Ambrey” şirkətinin bildirdiyinə görə, partlayışın baş verməsinə səbəb raket yanacağının düzgün idarə olunmaması olub.
Çindən gələn gəmi mart ayında liman yaxınlığında olub
Gəmi izləmə məlumatları da Çindən gələn kimyəvi maddə daşıyan bir gəminin mart ayında liman yaxınlığında olduğunu təsdiqləyib.
Təhlükəli maddələrin limanda saxlanılması sual doğurur
“Associated Press” qeyd edib ki, 2020-ci ildə Beyrut limanında baş verən fəlakətli partlayışdan sonra belə təhlükəli maddələrin niyə vaxtında limandan çıxarılmadığı sual doğurur.
Hörmüzqan vilayətində üç günlük matəm elan olunub
Qeyd edək ki, İranın Bəndər Abbas şəhərində Şəhid Rəcai limanında baş verən partlayış nəticəsində ölənlərin sayı 25-ə, yaralıların sayı isə 800-ə çatıb.
Partlayışdan sonra başlayan yanğının 80 faizi söndürülüb.
İranın Hörmüzqan vilayətində baş verən faciə ilə bağlı üç günlük matəm elan olunub.
Comments are closed, but trackbacks and pingbacks are open.