İtaliyada məhbuslar üçün ilk seks otağı açılıb

İtaliyada məhbuslar üçün ilk seks otağı açılıb.

Lent.az-ın xəbərinə görə, bu barədə “The New York Post” məlumat yayıb.

Məhbuslar üçün ilk seks otağı məhkəmənin məhbusların intim görüşlər keçirmək hüququ olmasına dair qərarından sonra təşkil edilib.

Mərkəzi Umbria bölgəsindəki Terni şəhərindəki həbsxanada kameranın təntənəli açılışı keçirilib. Məhbuslar qadın rəfiqələri ilə birgə bu otağa daxil ola bilərlər və artıq bir neçə məhbus bu otaqda qadın partnoyrları ilə intim münasibətdə olub.

Məhbuslara nəzarətçilər olmayan bu otaqda 2 saat vaxt keçirmək hüququ verilib. Otaqda çarpayı və tualet var.

Qeyd edək ki, Fransa, Almaniya, İspaniya, Niderland və İsveç də daxil olmaqla, hazırda əksər Avropa ölkələrində həbsxanalarda seks otaqlarının təşkili praktikası mövcuddur.

Mənbə: Lent.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More