Beş il sonra cərrahları robotlar əvəz edəcək – İDDİA

Robotlar beş il sonra ən yaxşı cərrahları keyfiyyətli tibbi əməliyyatları icra etməkdə qabaqlayacaq.

Lent.az xəbər verir ki, belə bir iddia ilə amerikalı iş adamı İlon Mask çıxış edib. 

“Robotlar bir neçə il ərzində yaxşı cərrahları, təxminən isə beş il ərzində ən yaxşı cərrahları qabaqlayacaqlar,” – Mask “X” qeyd edib. 

Biznesmen əlavə edib ki, onun “Neuralink” şirkəti beyinlərə elektrodlərin yeridilməsi əməliyyatını həyata keçirmək üçün robotlardan istifadə etməyə məcbur olub, çünki insan əlləri bu əməliyyatı tələb olunan sürət və dəqiqliklə yerinə yetirə bilmir.

Mənbə: Lent.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More