Rusiyada avtobus aşdı, 35 nəfər xəsarət aldı

Rusiyanın Vladimir vilayətində sərnişin avtobusu aşıb, nəticədə təxminən 35 nəfər tibbi yardım üçün müraciət edib.

Lent.az “TASS”a istinadə xəbər verir ki, bu barədə bölgənin Daxili İşlər İdarəsinin mətbuat xidməti “VKontakte” sosial şəbəkəsində məlumat yayıb.

İlkin məlumata görə, sürücü avtobusun idarəetməsini itirərək onu yol kənarına çıxarıb və nəticədə nəqliyyat vasitəsi aşıb.

Hadisə zamanı avtobusda ümumilikdə 55 nəfər olub. Hazırda hadisə yerində aidiyyatı qurumların əməkdaşları çalışır.

Mənbə: Lent.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More